RU

Saray qəsəbəsində avtomobil piyadanı vurdu – Ölən var

Saray qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

NOCOMMENT.az xəbər verir ki, hadisə qəsəbənin “Yeni yol” adlanan ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan “Azsamand” markalı minik avtomobili yolu keçmək istəyən şəxsi vurub.

Nəticədə piyada aldığı ağır xəsarətlərdən hadisə yerindəcə vəfat edib.

Hadisə ilə bağlı əraziyə polis əməkdaşları cəlb olunub, fakt üzrə araşdırma aparılır.

Turab

Избранный
48
nocomment.az

1Источники