ABŞ Prezidenti Donald Trampla rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub.Metbuat.az xəbər verir ki, Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Trampın təşəbbüsü ilə baş tutan danışığın detallarını açıqlayıb. Onun sözlərinə görə, telefon danışığı təxminən bir saat davam edib. Uşakov bildirib ki, liderlər ABŞ və İsrailin İrandakı hərbi əməliyyatını və Rusiya-Ukrayna münaqişəsinin həllinə dair üçtərəfli danışıqları müzakirə ediblər. Uşakov danışıqların səmimi və konstruktiv keçdiyini ifadə edib.