RU

İranın Ankaradakı səfiri Türkiyə XİN-ə çağırıldı

İranın Ankaradakı səfiri Türkiyə XİN-ə çağırıldı

Türkiyə Xarici İşlər Nazirliyi İranın Ankaradakı səfirini nazirliyə çağırıb.

AFN.az "Haber Global" telekanalına istinadən xəbər verir ki, İran ərazisindən Türkiyə istiqamətində atıldığı bildirilmən ballistik raketlə bağlı səfirdən izahat tələb olunub. Türkiyə tərəfi baş verən hadisə ilə bağlı narahatlığını və etirazını İran diplomatına çatdırıb.

Məlumata görə, İrandan buraxılan ballistik raket Türkiyə hava məkanına daxil olduqdan sonra Şərqi Aralıq dənizindəki NATO hava və raketdən müdafiə vasitələri tərəfindən zərərsizləşdirilib. Raketin bəzi qəlpələri Qaziantep əyalətində boş əraziyə düşüb.

Qeyd olunub ki, məsələ ilə bağlı səfirdən rəsmi açıqlama istənilib. Rəsmi Ankara bu cür insidentlərin təkrarlanmasının regional sabitliyə ciddi hədə olduğunu bəyan edib.

Избранный
36
afn.az

1Источники