RU

Sarkozi əlavə altı ay həbsdə qalmalı olacaq

Fransanın keçmiş prezidenti Nikola Sarkozi yenidən həbsxanaya göndəriləcək.

Azreform.info BFM-ə istinadla xəbər verir ki , Avropa məhkəməsi keçmiş dövlət başçısının müxtəlif cinayət işləri üzrə iki cəzanın birləşdirilməsi tələbini rədd edib.

Bu iş iki yüksək səviyyəli məhkəmə prosesi ilə bağlıdır: "telefon danışıqlarının dinlənilməsi" və qanunsuz təsir işi, eləcə də 2012-ci il prezidentlik kampaniyası zamanı saxta fakturalarla bağlı Bygmalion işi. Sarkozinin vəkilləri iki işin birləşdirilməsini və birində çəkilmiş müddətin digərinə hesablanmasını tələb ediblər.

Lakin məhkəmə cəzaların birləşdirilməsi şərtlərinin yerinə yetirilmədiyini müəyyən edib. Buna görə də, Sarkozi əlavə altı ay həbsdə qalmalı olacaq.

Elvin

Azreform.info

Избранный
22
2
azreform.info

3Источники