RU

Böyük təhlükə gəlir, dua edin! Karlson

ain.az bildirir, GlobalInfo portalına istinadən.

Amerikalı jurnalist Taker Karlson Yaxın Şərqdə artan gərginlik fonunda ictimaiyyətə qeyri-adi çağırış edib.

Globalinfo.az xəbər verir ki, o, Teleqram kanalında paylaşdığı qısa mesajda insanların planetin yaxınlaşan təhlükədən xilas olması üçün dua etməli olduğunu bildirib.

“Lənətin dağılması və dünyanın xilas olması üçün dua edin”.

Onun bu sözləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bəzi şərhçilər jurnalistin bu mesajla mövcud siyasi qərarların və qlobal gərginliyin irrasional xarakterinə işarə etdiyini düşünürlər.

Xatırladaq ki, daha əvvəl Taker Karlson İranla mümkün müharibə ilə bağlı mövqeyi ABŞ Prezidenti Donald Tramp ilə fikir ayrılığına səbəb olmuşdu. Jurnalist belə bir müharibəni “tamamilə iyrənc” və “pis” adlandırmışdı.

Tahir Turan

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
77
globalinfo.az

1Источники