RU

"TDT-yə üzv ölkələr əsas insan hüquqlarına sadiq olduqlarını bir daha təsdiqləyirlər"

Yazını böyüt
Yazını kiçilt

Türk Dövlətləri Təşkilatına üzv ölkələr - Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan və Azərbaycan əsas insan hüquqlarına, insan ləyaqətinə, həmçinin qadın və kişilərin bərabər hüquqlarına sadiq olduqlarını bir daha təsdiqləyirlər.

Hafta.az xəbər verir ki, bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Nyu-Yorkda keçirilən BMT-nin Qadınların Statusu üzrə Komissiyasının 70-ci sessiyasının ümumi müzakirələri çərçivəsində Türk Dövlətləri Təşkilatı adından bəyanatla çıxış edərkən deyib.

O qeyd edib ki, bu prinsiplər BMT nizamnaməsində də öz əksini tapır və üzv dövlətləri bu istiqamətdə davamlı və məqsədyönlü addımlar atmağa çağırır.

B.Muradova çıxışında vurğulayıb ki, Təşkilata üzv ölkələr qadın və qızların hüquqlarının tam təmin olunması istiqamətində öhdəliklərinə sadiqdirlər və bu baxımdan "Pekin Bəyannaməsi və Fəaliyyət Platforması" sənədinin məqsəd və hədəflərini dəstəkləyirlər.

Komitə sədri Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qadınların səlahiyyətləndirilməsi, gender bərabərliyinin təşviqi və insan təhlükəsizliyinin gücləndirilməsi istiqamətində beynəlxalq əməkdaşlığa sadiq qaldıqlarını vurğulayıb. Bildirib ki, bu yanaşma təşkilatın 2021-ci ildə qəbul edilmiş “Türk Dünyası Vizyonu – 2040” sənədində də öz əksini tapıb.

Избранный
13
3
hafta.az

7Источники