RU

Lerçekdə xərçəng aşkarlandı

Axsham.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bir ildən çoxdur ev dustaqlığında olan Lerçek kimi tanınan rusiyalı bloger Valeriya Çekalinaya ağciyərlərə metastaz vermiş xərçəng diaqnozu qoyulub.

Axşam.az xəbər verir ki, bu barədə onun sevgilisi, argentinalı rəqqas Luis Skviççiarini instaqram hesabında bildirib.

Onun sözlərinə görə, onkoloji xəstəlik bir neçə gün əvvəl Lerçek dördüncü övladını dünyaya gətirdikdən qısa müddət sonra aşkar edilib. Uşağın atasının dediyinə görə, doğuş günü həkimləri bloqqerin plasentasının vəziyyəti narahat edib və o, histoloji müayinəyə göndərilib.

“Analizin nəticələrini aldıq, bədxassəli hüceyrələr aşkarlandı. Nəticəni bir daha yoxladıq və təsdiqləndi. Bu həftələr ərzində xərçəngin mənbəyini tapmaq üçün çoxsaylı müayinələrdən keçdik. Həmçinin onurğada əməliyyat aparıldı, çünki bir neçə fəqərə artıq dağılmağa başlamışdı. Ağciyərlərdə isə metastazlar tapılıb” deyə, Skviççiarini bildirib.

O qeyd edib ki, altı ay əvvəl Lerçek ev dustaqlığında olarkən ağrılar səbəbindən həkimə getmək üçün icazə istəsə də, müstəntiqlər və məhkəmə buna razılıq verməyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
82
1
axsam.az

2Источники