“Böyük yeddilik” (G7) ölkələrinin maliyyə nazirləri arasında strateji neft ehtiyatları barədə məlumatların hələlik açıqlanmaması ilə bağlı razılıq əldə olunub.
Hafta.az xəbər verir ki, bazar ertəsi G7 ölkələrinin maliyyə nazirləri ABŞ və İsrailin İrana qarşı müharibəsi nəticəsində neft qiymətlərinin qəfil artımı ilə bağlı cavab tədbirlərini müzakirə etmək üçün telekonfrans keçiriblər.
“Nazirlər birgə bəyanatda qlobal enerji təchizatını dəstəkləmək üçün, o cümlədən ehtiyatların bazara buraxılması da daxil olmaqla “zəruri tədbirlər” görməyə hazır olduqlarını qeyd ediblər, lakin hələlik belə addımlar atmaqdan çəkiniblər”, – deyə “Reuters” yazır.
“Böyük yeddilik” ölkələrinin energetika nazirləri eyni məsələ ilə bağlı çərşənbə axşamı telekonfrans keçirəcəklər, G7 liderləri isə bu həftənin sonlarında görüşəcəklər.