“Qarabağ”dan ayrılan Nəriman Axundzadə viza məsələsini həll edərək ABŞ-a gedib.
Sportinfo.az xəbər verir ki, MLS təmsilçisi “Kolambus Kru” ilə (“Columbus Crew”) müqavilə bağlayan 21 yaşlı hücumçu artıq ABŞ-dadır.
O, tezliklə yeni klubunun düşərgəsinə qoşulacaq.
Millinin forvardı fevralın əvvəlində Ohayo ştatını təmsil edən klubla 3,5 illik müqavilə imzalayıb.