RU

“Qardaşımı itirəndən sonra heç nəyə sevinə bilmirdim, yaxşı ki, bu tamaşanı oynadım” FOTO+ÖZƏL

ain.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Teatr mənim ikinci evim, ikinci ailəmdir. Ailədə biri ərköyün, biri küsəyən olduğu kimi teatrda da belədir. Amma buna baxmayaraq biz bir ailəyik. Teatr yeganə iş yerlərindədir ki, dəyişmirsən. Təyinatla gedirsən, ömrünün axırına qədər də orada işləyirsən. Mən teatrı çox sevirəm, onu ailəmdən ayırmıram. Gənc yaşlarımda evdən çox teatrda olurdum. Bu gün bir az evdə çox oluruq, məşqlərimiz olanda gedirik, tədbirlərdə çıxış edirik. Teatr mənim üçün hər şeydir. Hər səhnəyə çıxanda ağrı-acımı unuduram. Səhnə mənim üçün nəfəsdir, həyatdır. Orada olanda dünyanın xoşbəxti oluram. Yeganə yerdir ki, özümü öz qabımda hiss edirəm. O insanlar xoşbəxtdirlər ki, sevdikləri sənətlə məşğul olurlar”.

Bunu Moderator.az-a açıqlamasında xalq artisti, Akademik Milli Dram teatrının aparıcı aktrisası Firəngiz Mütəllimova deyib.

O daha sonra əlavə edib:

“Mən uşaqlıqdan aktrisa olmaq istəmişəm. Allaha şükürlər olsun ki, o bu arzuma məni çatdırıb. Ən böyük uğurlarımdan biri də budur ki, böyük tamaşaçı kütləsinin mənə qarşı sevgisi var. Mən bunu hər tamaşada, küçədə, evdə, bir sözlə hər yerdə hiss edirəm. Buna görə onların hər birinə minnətdaram. Mənim həm ağır günümdə, həm şad günümdə kollektivim yanımda olub. Qardaşım dünyasını dəyişəndən sonra məni heç nə sevindirə bilmirdi. Heç nəyə ürəyim açılmırdı. Öz-özümə deyirdim ki, görəsən mən niyə belə oldum?! Amma sağ olsun teatrımızın direktoru İlham müəllim “Varlı qadın” tamaşasını benefisim üçün hazırlamağı tapşırıq verdi. Bu tamaşadan sonra tammaşası sevgisini görəndə o stresdən, depressiyadan çıxdım. Hiss etdim ki, mən bu xalqa, tamaşaçılara, xalqa lazımam. Hətta hamı dedi ki, sanki o gün teatrın divarları da gülürdü. Hər yer, hər şey gülümsəyirdi. Bütün qazandığım uğurlara, müvəfəqqiyətlərə görə, Firəngiz Mütəllimova adına görə mən Allaha və səhnəyə borcluyam. Səhnə mənim üçün müqəddəs bir yerdir. Hisslərimi bölüşürəm, sevincimi, kədərimi səhnəyə danışıram. Ürəyim istəyəndə gülürəm, ürəyim istəyəndə ağlayıram. Bunu tamaşaçılar bilir.. Bunu teatrın dörd divarları bilir.. Bütün sənət yoldaşlarımı, teatrın rəhbərliyini, həmkarlarımı 10 mart Milli teatr günü münasibəti ilə ürəkdən təbrik edirəm. Kimin ürəyində nə arzusu varsa ona nail olsun. Ən əsası da hamımız sağlam olaq. Aktyora əsas sağlamlıq lazımdır. Tamaşaçılara da təşəkkür edirəm ki, heç vaxt bizi tək qoymurlar” deyə sənətkar bildirib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
30
2
moderator.az

3Источники