RU

Gürcüstanda korrupsiyaya qarşı mübarizə tədbirləri nəticəsində 30 nəfəri həbs olunub

ain.az bildirir, Yeniazerbaycan portalına istinadən.

Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) müxtəlif cinayət işləri üzrə aşkar edilmiş korrupsiya cinayətləri ilə əlaqədar 30 nəfəri həbs edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan DTX məlumat yayıb.

Bildirilib ki, Dövlət Təhlükəsizlik Xidmətinin Korrupsiyaya Qarşı Mübarizə Agentliyinin əməkdaşları tərəfindən Gürcüstanın müxtəlif bölgələrində həyata keçirilən genişmiqyaslı antikorrupsiya tədbirləri nəticəsində 12 müxtəlif cinayət işi üzrə aşkar edilmiş korrupsiya cinayətlərinə görə 30 nəfər həbs olunaraq məsuliyyətə cəlb edilib. Həbs olunan şəxslər rüşvət almaq, dələduzluq, vəzifəsindən sui istifadə, şantaj, vəzifə saxtakarlığı və s. maddələr üzrə ittiham olunurlar.

"DTX-nin Korrupsiyaya Qarşı Mübarizə Agentliyi Gürcüstanın korrupsiyanın aşağı səviyyəsinə malik dünyanın aparıcı ölkələrindən biri olmasına nail olana qədər bütün növ korrupsiya cinayətlərinin aşkarlanması və qarşısının alınması üzərində işləməyə davam edəcək", - deyə məlumatda qeyd olunub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
18
2
yeniazerbaycan.com

3Источники