GlobalInfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Birləşmiş Ərəb Əmirliklərinin milyarderi Xələf Əhməd əl-Habtur ABŞ senatoru Lindsi Qremin çağırışlarını sərt tənqid edib. Qeyd edək ki, amerikalı senator Fars körfəzi ölkələrini İrana qarşı müharibəyə qoşulmağa səsləyib.
Globalinfo.az-ın xəbərinə görə, o bildirib ki, region ölkələri başqa dövlətlərin maraqları naminə münaqişəyə qoşulmaq və öz vətəndaşlarını qurban vermək niyyətində deyil.
Əl-Habturun sözlərinə görə, Birləşmiş Ərəb Əmirlikləri və Körfəzin digər dövlətləri hazırda inkişaf edir və regiona digər qüvvələrin gəlməsinə ehtiyac duymur.
O qeyd edib ki, Ərəb Dövlətləri Əməkdaşlıq Şurasına daxil olan ölkələr İran tərəfindən yaranan təhlükəni anlayırlar. Lakin hazırkı vəziyyət böyük dövlətlərin öz maraqlarını güddüyü “çirkli oyun” kimi qiymətləndirilir.
“Biz başqalarının maraqlarına xidmət etmək üçün bu müharibəyə qoşulmayacağıq və diplomatik yolla qarşısı alına biləcək münaqişədə oğullarımızı qurban verməyəcəyik”, – deyə əl-Habtur bildirib.
Milyarder həmçinin ABŞ-ın qərarlarının Yaxın Şərqdəki müttəfiqlərlə məsləhətləşmədən regionu təhlükəli eskalasiyaya sürüklədiyini vurğulayıb.
Əliyar Xəlil
Globalinfo.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.