ain.az bildirir, Bizimyol portalına istinadən.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının yeni seçilmiş Ali Rəhbəri Ayətullah Seyid Müctəba Hüseyni Xameneyini təbrik edib.
Bizimyol.info xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat verib.
Prezidentin təbrik mesajında deyilir:
-Möhtərəm Ayətullah Xameneyi həzrətləri.
İran İslam Respublikasının Ali Rəhbəri vəzifəsinə seçilməyiniz münasibətilə Sizi təbrik edirəm.
Atanız - İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneyi həzrətlərinin faciəvi vəfatı ilə əlaqədar Sizə bir daha başsağlığımı ifadə edirəm.
Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında münasibətlər tarixən mehriban qonşuluq və dostluq şəraitində yaşamış xalqlarımızın iradəsindən qaynaqlanır. Dövlətlərarası əlaqələrimizin xalqlarımızın mənafelərinə uyğun olaraq qarşılıqlı hörmət və etimad məcrasında inkişafı naminə birgə səylər göstərəcəyimizə ümidvar olduğumu bildirirəm.
Bu yüksək təyinatla bağlı Sizə bir daha təbriklərimi çatdırır, dost və qardaş İran xalqına sülh və əmin-amanlıq diləyirəm.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.