RU

Yeniyetməlik dövrünün davam edə biləcəyi yaş müəyyən edilib...

...Kembric Universitetinin alimləri nəticələri bu yaxınlarda açıqlanan bir araşdırma aparıblar.

Tədqiqatçıların fikrincə, beyin inkişafının yeniyetməlik mərhələsi 32 yaşa qədər davam edir.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, tədqiqatçılar bu nəticəyə 0-90 yaş arası 4000 insanın məlumatlarını diffuziya maqnit-rezonans görüntüləməsindən istifadə edərək təhlil etdikdən sonra gəliblər.

Bundan əlavə, tədqiqatçılar insan beyninin inkişafının beş mərhələsini müəyyən ediblər.

Britaniyalı alimlərin əldə etdiyi məlumatlara görə, uşaqlıq doğuşdan 9 yaşa qədər, ardınca isə 9-32 yaş arasında dəyişən yeniyetməlik dövrü gəlir.

Beynəlxalq ekspertlərin fikrincə, yetkinlik 32 yaşında başlayır və 66 yaşına qədər davam edir, bundan sonra erkən qocalma 66 yaşından 83 yaşına qədər başlayır.

Alimlər gec qocalmanın 83 və daha yuxarı yaşlarda başladığını müşahidə edirlər.

Nazlı Almuradova

Избранный
35
sia.az

1Источники