RU

Alimlər popkorn qoxulu pomidor yaratdı

ain.az, Lent az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Araşdırma göstərib ki, müəyyən bir molekulun konsentrasiyasını artırmaq meyvənin aromasını gücləndirməyə imkan verir və bu, məhsuldarlığa və digər aqronomik xüsusiyyətlərə təsir etmir. Çin və Avstraliyadan olan alimlər qeyri-adi aromaya malik genetik modifikasiya olunmuş pomidor yaradıblar. Bu pomidorun qoxusu yağlı popkornu xatırladır.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu, pomidorun “popkorna bənzər xoş aroma” yaydığı ilk belə eksperiment hesab olunur. Pomidor (Solanum lycopersicum) dünyada ən geniş yayılmış kənd təsərrüfatı məhsullarından biridir. Lakin uzun illər ərzində seleksiya əsasən məhsuldarlığın artırılması, xəstəliklərə davamlılıq və meyvələrin eyni ölçüdə olması kimi xüsusiyyətlərə yönəldiyi üçün pomidorun təbii aromatik müxtəlifliyi tədricən azalıb. Buna görə də alimlər indi müasir biotexnologiyalar vasitəsilə pomidorun dad və qoxu xüsusiyyətlərini bərpa etməyə və hətta gücləndirməyə çalışırlar. Tədqiqatın mərkəzində 2-asetil-1-pirrolin (2-AP) adlı molekul dayanır. Məhz bu maddə popkornun xarakterik qoxusuna cavabdehdir və bəzi ətirli düyü növlərində də rast gəlinir.

Alimlər pomidorun Alisa Craig adlı kommersiya sortunda iki geni deaktiv ediblər. Nəticədə bu aromatik birləşmənin konsentrasiyası əhəmiyyətli dərəcədə artıb. Söhbət SlBADH1 və SlBADH2 genlərindən gedir. Bu genlər bitkidə 2-AP maddəsinin yaranmasını tənzimləyir. CRISPR/Cas9 gen redaktəsi texnologiyası vasitəsilə onların fəaliyyəti dayandırılıb. SlBADH2 genində baş verən mutasiya aromatik molekulun səviyyəsini ciddi şəkildə artırıb, hər iki genin deaktiv edilməsi isə onun miqdarını adi pomidorlarla müqayisədə dörd dəfədən çox yüksəldib. Çində yerləşən Xianghu laboratoriyasının professoru Şençun Syunun sözlərinə görə, alimlər pomidorun referens genomunu analiz edərək bu aromaya cavabdeh ola biləcək iki geni müəyyən ediblər və məhz həmin genlər redaktə olunub.

Tədqiqatçılar bildirirlər ki, genetik dəyişikliklər bitkinin əsas aqronomik xüsusiyyətlərinə təsir etməyib. Pomidorun çiçəkləmə vaxtı, kolların hündürlüyü, meyvələrin çəkisi, eləcə də şəkər, üzvi turşular və C vitamini miqdarı dəyişməz qalıb. Alimlər hesab edirlər ki, bu tədqiqat pomidorların dad və aromasını məhsuldarlığı azaltmadan yaxşılaşdırmaq üçün yeni imkanlar açır.

Popkorn qoxulu pomidor ideyası hər kəsin xoşuna gəlməsə də, tədqiqatçılar belə texnologiyaların gələcəkdə fərqli dad xüsusiyyətlərinə malik tərəvəzlərin yaradılmasına yol aça biləcəyini düşünürlər. Bu isə seleksiya sahəsinə və hətta kənd təsərrüfatı bazarına təsir göstərə bilər. Hazırda alimlər yeni aromatik xüsusiyyəti kommersiya pomidor sortlarına tətbiq etmək üzərində işləyirlər. Bu, pomidorların dadını daha zəngin edə, istehlakçılar arasında populyarlığını artıraraq bazar dəyərini yüksəldə bilər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
19
lent.az

1Источники