RU

Trampdan Müctəba Xameneinin seçilməsinə REAKSİYA

ABŞ prezidenti Donald Tramp İranda Müctəba Xameneinin ali dini lider seçilməsinə münasibət bildirib.

NOCOMMENT.az xəbər verir ki, Tramp bu barədə jurnalistlərə açıqlamasında danışıb.

O, Müctəba Xameneinin ali lider seçilməsindən məmnun olmadığını bildirib.

“Mən Müctəba Xameneinin seçilməsindən məmnun deyiləm”, – deyə ABŞ prezidenti qeyd edib.

Qeyd edək ki, İranın Ekspertlər Məclisi fevralın 28-də ABŞ və İsrailin həyata keçirdiyi hava hücumunda öldürülən sabiq ali lider Əli Xameneinin oğlu Müctəba Xameneinin səslərin böyük əksəriyyəti ilə İranın yeni ali dini lideri seçildiyini elan edib.

Yeni liderin seçilməsi regionda gərginliyin artdığı bir dövrə təsadüf edir və beynəlxalq ictimaiyyətin diqqət mərkəzində qalmaqda davam edir.

Aliyə
NOCOMMENT.az

Избранный
106
nocomment.az

1Источники