RU

Kəsdiyi ördəyin qarnından qızıl cıxdı

Çinin Longhui əyalətində qeyri-adi hadisə baş verib. Lio adlı kəndli kəsdiyi ördəyin sayəsində sərvət sahibi olub. Metbuat.az xəbər verir ki, sadə bir kəndli olan Lio ördəyi yemək üçün kəsib . Quşu təmizləyərkən mədəsindəki sarı rəngli kiçik metal parçaları diqqətini cəlb edib. Lio ördəyin qarnından çıxan həmin metalları laborotoriyaya aparanda onların təmiz qızıl olduğu üzə çıxıb. Lio həmin qızılın sayəsində 1777 dollar qazanıb.

Aparılan araşdırma zamanı sahibinə sərvət qazandıran ördəyin vaxtilə qızıl mədəni olmuş ərazidə otladığı üzə çıxıb. Kənddəki digər ev quşların da qarnında bu cür bahalı metal parçaları olduğu güman edilir.

Избранный
96
1
metbuat.az

2Источники