RU

“Sumqayıt”ın basketbolçusu: Bütün bunları komanda üçün edirəm

Apasport portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“Sumqayıt” Basketbol Klubunun amerikalı oyun qurucusu Keon Klerqot klubun mətbuat xidmətinə müsahibə verib.

Apasport.az xəbər verir ki, o bu mövsüm məhsuldarlığı haqda fikirlərini bölüşüb.

- Bu mövsüm iki oyunda 50 xal toplamısan. Söhbət NTD və “Quba” ilə oyunlardan gedir. Bunu necə bacarırsan? 

- Mən bütün bunları komanda üçün edirəm. Məhsuldarlığım “Sumqayıt”a fayda verirsə, mən də bunu həyata keçirməyə çalışıram.

- Azərbaycan Basketol Liqasında çıxış edən digər amerikalı oyunçular bu qədər xal toplaya bilmir...

- İlk növbədə məşqlər mənə belə məhsuldar oynamağa təkan verir. Hər məşqdə minimum 30 dəfə 3-lüy atışı ilə yadda qalıram. Bununla yanaşı, orta məsafəli atışları da məşq edirəm. Bu mənim işimi asanlaşdırır. İkincisi də ki, mənim qarşımı kəsmək mümkün deyil!

- Hər oyundan əvvəl rəqibləri təhlil edirsən?

- Əlbəttə, bu mənim üçün əsas məqamdır. Mən hər növbəti rəqibimizi diqqətlə incələyirəm. Xüsusilə də onların necə müdafiə olunmasına diqqət yetirirəm.

- Karyeranın ən məhsuldar oyunlarını burada keçirirsən, doğrudur?

- Bəli. Hələ heç bir yerdə mən hər oyunda bu qədər məhsuldar oyun sərgiləyə bilməmişdim. Azərbaycana qədər mənim ən yüksək göstəricim Slovakiyada 36 xal olmuşdu.

- Bu mövsüm komandanın hədəfləri nədir?

- Təbii ki, ən böyük məqsədimiz pley-offa vəsiqə qazanmaqdır. Pley-ini geridə qoyandan sonra mümkün qədər irəliləmək istəyirik.

Millimizin heyəti bəlli oldu

Millimizin heyəti bəlli olub

“Gəncə” ölkə kubokunun qalibi oldu

“Sabah” finala vəsiqə qazandı

Azərbaycan Kuboku: Yarımfinalçılar bəlli olub

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
88
4
apasport.az

5Источники