RU

Novruz bayramında əfv olacaqmı? MÜHÜM AÇIQLAMA

Sitat.info portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bu il Azərbaycan xalqı Novruz və Ramazan sevincini eyni anda yaşayacaq. Bu sevinci daha da artıracaq bir addım isə təbii ki, hər il bu günlərdə müzakirə olunan əfv sərəncamı ola bilər.  Bayramın barış, mərhəmət və bağışlanma rəmzi olması səbəbindən bir  məhkumun ailəsi  məhz bu günlərdə əfv qərarı veriləcəyinə ümid edir. Hələlik rəsmi qurumlar tərəfindən bununla bağlı konkret məlumat açıqlanmasa da, ictimaiyyət Novruz ərəfəsində mümkün humanist addımlarla bağlı gözləntilərini diqqətlə izləyir.

Məsələ ilə bağlı Sitat.info-ya açıqlama verən hüquq müdafiəçisi Novella Cəfəroğlu da əfvlə bağlı gözləntilərinin olduğunu qeyd etdi: "Hazırda elə bir qarışıq dövrdə yaşayırıq ki, Novruz bayramı ilə əlaqədar əfv sərəncamının verilməsinə çox ehtiyac var. İran məsələsi ilə bağlı vəziyyət, digər dövlətlərdən Azərbaycanla bağlı səsələnən fikirlər, hətta qardaş Türkiyənin bəzi televiziya kanallarında Azərbaycanın hədəfə çıxarılması onu göstəriri ki, cəmiyyət olaraq indi  birlik və bərabərliyə daha çox  ehtiyacımız var. İndi birləşmək lazımdır, vətənimizi, dövlətimizi qorumağımız üçün həmrəylik lazımdır. Ona  görə də, humanitar bir addım atılsa, əfv sərəncamı verilsə, bu çox dəyərli olar".

N.Cəfəroğlu vurğuladı ki, bununla bağlı hüquq müdafiəçiləri dövlət başçısına müraciət ediblər: "Biz hüquq müdafiəçiləri olaraq əfv sərəncamının verilməsini çox arzulayırıq. Cənab Prezidentə müraciət etmişik, təkliflərimizi də təqdim etmişik. Məqsədimiz odur ki,, bayram ərəfəsində hamımız bir olaq, bir yumruq kimi birləşək. Hazırda cəmiyyətdə bir fikir ayrılığı hökm sürür, Türkiyə mediası da ölkəmizi dilə-dişə salıb. Ona görə də, bir xalq olaraq birləşməyimiz üçün əfv vacibdir. Xüsusilə siyasi motivlə həbs olunanların azad olunmasını çox arzulayırıq. Onların içində media nümayəndələri , partiya fəalları da var. Onlarla bağlı da müraciətimiz olub və siyasi motivlə həbs olunanların hamısını o siyahıda var".  

Nigar,

Sitat.info 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
22
2
sitat.info

3Источники