BAKI,TurkicWorld
Türkiyə Milli Müdafiə Nazirliyi bildirib ki, İran ərazisindən atılan və Türkiyə hava məkanına daxil olan ballistik sursat NATO qüvvələri tərəfindən zərərsizləşdirilib.
TurkicWorld xəbər verir ki, nazirliyin açıqlamasına görə, raket NATO tərəfindən məhv edilib.
Hadisə nəticəsində sursatın bəzi qalıqları Gaziantep şəhərində boş əraziyə düşüb.
Hadisə ilə bağlı əlavə araşdırmaların davam etdiyi bildirilir.