RU

Meloni ABŞ ın İranda hərbi əməliyyatını əsaslandırmaqda çətinlik çəkdi

ain.az, Bizimyol portalına istinadən məlumat yayır.

İtaliyanın baş naziri Corcia Meloni bazar günü "Rete4" kanalında efirdə ABŞ-ın İranda başlatdığı hərbi əməliyyatı əsaslandırmağa çalışarkən çətin vəziyyətlə üzləşib.

Bizimyol.info xəbər verir ki, siyasətçi Yaxın Şərqdə gərginliyin başlanmasının səbəbi kimi diplomatiyanın uğursuzluğunu qeyd edib. Canlı efirin aparıcısı Mario Jordano isə Melonidən diplomatiyanın “müəyyən mənada iflasa uğradığını” nəzərdə tutub-tutmadığını soruşub.

“Sizin sözlərinizə əsaslanaraq, hücum başladığı zaman diplomatiyaya artıq yer qalmadığını düşünürsünüz?” – deyə aparıcı baş nazirdən soruşub.

Meloni birbaşa cavab verməkdən yayınaraq yalnız İtaliyanın danışıqlarda iştirak etməməsini və İranın ABŞ ilə danışıqları uzatdığını vurğulayıb. O bildirib ki, “əslində, razılıq əldə etmək üçün kifayət qədər imkan olmayıb”.

Fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıb. Əməliyyat çərçivəsində İranın, o cümlədən Tehranın böyük şəhərləri atəşə tutulub. Ağ Ev hücumu Tehran tərəfindən irəli sürüldüyü iddia edilən raket və nüvə təhdidləri ilə əsaslandırıb. İran İnqilab Keşikçiləri Korpusunun açıqlamasına görə, İsraildə obyektlərə qarşı genişmiqyaslı cavab əməliyyatı həyata keçirilib.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
40
icma.az

1Источники