RU

İvan Provedel üçün mövsüm erkən bitdi – ARENA.AZ

“Latsio”nun rusəsilli italiyalı qapıçısı İvan Provedel çiynindən aldığı ağır zədə səbəbindən uzun müddətə sıradan çıxıb.

Arena.az bu barədə İtaliya klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

Qapıçı yaxın günlərdə əməliyyat olunacaq. Futbolçu aldığı zədədən sonra davamlı çiyin ağrıları hiss edib və bu səbəbdən tibbi müayinədən keçirilib. Həkimlər onun əməliyyat edilməsinə qərar veriblər. Əməliyyatdan sonra bərpa müddətinin uzun çəkməsi ehtimal edilir və buna görə də qapıçının mövsümün qalan hissəsini buraxacağı gözlənilir.

İvan Provedel Pordenone şəhərində dünyaya gəlib. İvanın atası italyan, anası Yelena isə Moskvadan olan rusdur. O, 2022-ci ilin avqustundan “Latsio”da çıxış edir. Tərəflər arasında müqavilə 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Provedel “Latsio”nun heyətində 29 oyuna çıxıb, 30 qol buraxıb, 12 “quru” oyun keçirib. Ümumilikdə qapıçı “Latsio”nun heyətində 146 oyuna 163 qol buraxıb, 53 oyunda qapısının toxunulmazlığını təmin edib. Məhz “Latsio”da Provedel daha da tərrəqqi edib və A Seriyasının 2022/2023-cü illər mövsümünün ən yaxşı qapıçısı adına layiq görülüb.

Təcrübəli qapıçı karyerası ərzində “Spetsiya”, “Empoli”, “Pro Verçelli”, “Piza”, “Peruca”, “Modena”, “Yuve Stabiya” kimi klubların da şərəfini qoruyub.

İvan İtaliyanın U-20 yığmasında 5 oyun keçirib, 5 qol buraxıb, 3 oyundan “quru” qurtulub. Həmçinin Provedel U-21 yığmasına və İtaliyanın əsas yığmasına dəvət alsa da, debütü baş tutmayıb.

“Transfermarkt” internet-portalı 31 yaşlı İvan Provedeli 3 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Избранный
60
7
arena.az

10Источники