RU

Müctəba Xameneyiyə "Ayətullah" titulu verildi: Atasının yolunu təkrar edir

İranın yeni Ali Rəhbəri seçilən Müctəba Xameneyinin dini statusu rəsmi səviyyədə yüksəldilib.

Musavat.com
xəbər verir ki, "Associated Press" (AP) agentliyinin məlumatına görə, təyinatdan dərhal sonra İran dövlət televiziyası və Ekspertlər Şurası onu "Ayətullah" titulu ilə təqdim etməyə başlayıb.

Şiə islamında ən yüksək dini rütbələrdən biri hesab olunan bu titul Müctəba Xameneyinin siyasi legitimliyini dini nüfuzla möhkəmləndirmək məqsədi daşıyır.

Qeyd edək ki, bu təyinata qədər onun dini rütbəsi orta səviyyəli ilahiyyatçılara verilən və Ayətullahdan bir pillə aşağı olan "Höccətül-İslam" ("İslamın sübutu") idi.

Maraqlıdır ki, bu, İranın müasir tarixində təkrar olunan bir ssenaridir. Onun atasının – fevralın 28-də öldürülən Əli Xameneyinin də dini rütbəsi 1989-cu ildə Ali Rəhbər seçilən zaman "Höccətül-İslam" idi və o, vəzifəyə gəldikdən sonra təcili şəkildə "Ayətullah" elan edilmişdi. Ekspertlər hesab edirlər ki, Müctəba Xameneyinin dini statusunun bu qədər sürətlə artırılması, onun rəhbərliyinə qarşı çıxa biləcək mühafizəkar dini dairələrin "yetərsiz ilahiyyatçı" tənqidlərini önləmək xarakteri daşıyır.


Musavat.com

Избранный
77
3
musavat.com

4Источники