RU

Balasanyan yenə danışdı: Paşinyanı təhdid etdi

Azərbaycanlılara qarşı törədilən çoxsaylı cinayətlərdə adı hallanan erməni Vitali Balasanyan yenidən ortaya çıxıb.

Musavat.com bildirir ki, özünü “qəhrəman” adlandıran, vaxtilə qondarma rejimin təhlükəsizlik şurasının katibi olmuş Vitali Balasanyan Eçmiədzində – erməni kilsəsinin həyətində jurnalistlərə açıqlama verib.

O, Bakıda ömürlük həbs cəzasına məhkum olunmuş erməni separatçı terrorçuların taleyi ilə bağlı sualı cavablandırarkən bildirib ki, bu məsələnin həlli ilə Ermənistan hakimiyyəti məşğul olmalıdır.

Balasanyan həmçinin Ermənistan daxilində kilsə ilə hakimiyyət arasında yaranan gərginliyə də toxunub. O iddia edib ki, Ermənistan hakimiyyətinin kilsənin daxili işlərinə müdaxilə etməyə haqqı yoxdur.

Balasanyan çıxışında Ermənistanın baş naziri Nikol Paşinyanı da hədəfə alıb. Onun sözlərinə görə, Paşinyan kilsənin qarşısına gələrək Tanrıdan və katolikosdan üzr üstəməlidir.

O həmçinin iddia edib ki, Ermənistan hakimiyyətinin başladığı proseslərin tezliklə dayanacağına inanır.

Qeyd edək ki, Vitali Balasanyan Qarabağ müharibələri zamanı Azərbaycan əhalisinə qarşı törədilmiş çoxsaylı cinayətlərdə adı çəkilən erməni silahlı dəstələrinin rəhbərlərindən biri olub. Azərbaycanda o, mülki əhaliyə qarşı qanlı əməliyyatların iştirakçısı kimi tanınır və uzun illər separatçı rejimin əsas hərbi-siyasi fiqurlarından biri sayılıb.

Musavat.com

Избранный
120
musavat.com

1Источники