RU

İran hədəf siyahısında dəyişiklik etdi

İran ordusu xəbərdarlıq edib ki, ABŞ və İsrail ölkənin enerji infrastrukturuna zərbələri davam etdirərsə, İran da regiondakı neft obyektlərini hədəf ala bilər.

Publika.az xəbər verir ki, dövlət televiziyasına danışan İran İslam İnqilabı Keşikçiləri Korpusuna bağlı "Hatemul Enbiya" (Hatemün Nebiyyin) Mərkəzi Qərargahının sözçüsü İbrahim Zülfikari ABŞ və İsrailin İranın infrastrukturuna qarşı hücumlarını şərh edib.

Zülfikari bildirib ki, İslam ölkələrinin rəhbərlikləri müharibənin təsirlərinin daha geniş yayılmaması üçün ABŞ və İsraili “bu cür qorxaq və qeyri-insani addımlardan çəkinməyə” çağırmalıdır.

O, çıxışında əlavə edib: “Əks halda, bölgədə oxşar addımlar atılacaq və əgər neftin bir barelinin qiymətinin 200 dolları keçməsinə dözə bilirsinizsə, bu oyunu davam etdirin”.

Избранный
96
publika.az

1Источники