Ajans.az xəbər verir ki, bu barədə Kremlin rəsmi saytında dərc olunan müraciətdə bildirilir. Putin mesajında qeyd edib: “İran İslam Respublikasının ali lideri seçilməyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin. İranın silahlı təcavüzlə üzləşdiyi bir vaxtda bu yüksək vəzifədə fəaliyyət göstərmək, şübhəsiz ki, böyük cəsarət və fədakarlıq tələb edir”. Rusiya prezidenti həmçinin vurğulayıb ki, o, Müctəba Xameneinin atasının siyasi kursunu layiqincə davam etdirəcəyinə və İran xalqını çətin sınaqlar qarşısında birləşdirə biləcəyinə əmindir. Vladimir Putin müraciətində Moskvanın İran xalqına “sarsılmaz dəstəyini” və həmrəyliyini bir daha ifadə edib. O, Rusiyanın bundan sonra da İran İslam Respublikasının etibarlı tərəfdaşı olaraq qalacağını qeyd edib.