RU

“Real”ın 300 milyonluq yeni planı üzə çıxdı

“Real” hər il forma sponsorluğundan 300 milyon avro gəlir əldə etməyi hədəfləyir.

Publika.az xəbər verir ki, klubun hazırkı sponsorları olan “Emirates”, “Adidas” və “HP” Madrid klubunun formasını dünya futbolundakı ən dəyərli edib. Onun dəyəri 260 milyon avro qiymətləndirilir. “Kral klubu” bu göstəricidə “Mançester Yunayted” (200 milyon), “Barselona” (183 milyon) və “Mançester Siti” (171 milyon) kimi nəhəngləri qabaqlayır.

“Emirates”lə müqavilənin 2031-ci ilə qədər uzadılması üzrə danışıqlar davam edir, həmçinin “Adidas” və “HP” ilə də görüşlər aparılır. Klub hesab edir ki, bu üç əsas sponsorla şərtlərin yaxşılaşdırılması illik gəliri 300 milyon avroya çatdıra bilər.

Prezident Florentino Peres maliyyə intizamını əsas tutan strategiyanı idarə edir, sponsorluqlardan əldə olunan vəsaiti “Real”ın iqtisadi vəziyyətini gücləndirmək və komandanı meydanda rəqabətədavamlı saxlamaq üçün istifadə edir.

Избранный
94
14
publika.az

10Источники