RU

Tofiq Heydərov 20 min cərimələndi

ain.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

“AAAF-İnşaat” əmək qanunvericiliyinin tələblərini pozduğu üçün cərimələnib.

Globalinfo.az bildirir ki, Teleqraf-ın əldə etdiyi məlumata görə, şirkət barədə Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən protokol tərtib olunub.

Buna səbəb isə “AAAF-İnşaat”ın icraçı direktoru Camal Rəcəbov tərəfindən növbə rəisi vəzifəsinə götürülən şəxsin əmək müqaviləsi bağlanılmadan işə cəlb edilməsidir.

Məhkəmə şirkəti hüquqazidd əmələ görə 20 000 manat məbləğində cərimə edib.

Qeyd edək ki, “AAAF-İnşaat”ın təsisçisi və sahibi tanınmış iş adamı Tofiq Heydərovdur.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
96
7
globalinfo.az

10Источники