“AAAF-İnşaat” əmək qanunvericiliyinin tələblərini pozduğu üçün cərimələnib.
Publika.az Teleqraf-a istinadla xəbər verir ki, şirkət barədə Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən protokol tərtib olunub.
Buna səbəb isə “AAAF-İnşaat”ın icraçı direktoru Camal Rəcəbov tərəfindən növbə rəisi vəzifəsinə götürülən şəxsin əmək müqaviləsi bağlanılmadan işə cəlb edilməsidir.
Məhkəmə şirkəti hüquqazidd əmələ görə 20 000 manat məbləğində cərimə edib.