RU

Leyla Əliyeva sərgidə iştirak edib

Leyla Əliyeva sərgidə iştirak edib

Martın 8-də "Gazelli Art House"da "Her Art in Action" festivalının 2026-cı il buraxılışının açılış mərasimi keçirilib. Festivalın ilk günündə VarYox incəsənət və mədəniyyət platforması və "Gazelli Art House" Bakı qalereyasının birgə əməkdaşlığı çərçivəsində "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisinin nümayişinə başlanılıb.

Sərgidə Leyla Əliyevanın da rəsm əsərləri yer alır. Leyla Əliyeva sərgidə iştirak edib, nümayiş etdirilən əsərlərə baxış keçirib. Leyla Əliyevaya festival barədə məlumat verilərək bildirilib ki, "Her Art in Action" incəsənət sahəsində gender bərabərliyinin təşviqinə, mədəni inklüzivliyin artırılmasına həsr olunub. Bu il mart – may aylarını əhatə edən festival üç aylıq müddətdə Bakı şəhərinin müxtəlif məkanlarında keçiriləcək.

Layihə Azərbaycandan və region ölkələrindən, o cümlədən Qazaxıstan, Özbəkistan, Türkiyə, Gürcüstan, İspaniya və Litvadan olan qadınları fəal şəkildə bir araya gətirir. Tədbir çərçivəsində şəhid anasının doğum günü qeyd olunub, Leyla Əliyeva ona hədiyyə təqdim edib. Sonda Leyla Əliyeva "Gazelli Group" şirkətinin təsisçisi Zərifə Həmzəyevanın xatirə guşəsini də ziyarət edib.

Festivalın kuratoru Sitara İbrahimbəyli qeyd edib ki, açılışda 27 yerli və xarici rəssamın əsərləri nümayiş olunur: "Üç ay ərzində 50-dən çox rəssamın əl işi sərgilənəcək". Müstəqil rəssam Kafiyə Eyvazova isə festivala "Pəncərədən baxış" xalça texnikalı əsəri ilə qatıldığını bildirib. Festivala mayın 31-də yekun vurulacaq.

Избранный
86
41
afn.az

10Источники