RU

Türkiyəli məşqçi hava limanında öldü: Azərbaycan millisinə namizəd olub

Türkiyəli futbol məşqçisi Engin Fırat vəfat edib.

Publika.az xəbər verir ki, 55 yaşlı mütəxəssis, Moldova və Keniya millilərinin sabiq baş məşqçisi İstanbul Hava Limanında ürək tutmasından həyatını itirib. Bu barədə Türkiyə mətbuatı məlum yayıb.

Qeyd edək ki, Engin İranda "Sepehan", "Sayfa", "Qostareş" klublarını da çalışdırıb. O, 2 aydır Livanın “Nejmeh” klubunun baş məşqçisi idi.

Türkiyə mətbuatı 2019-cu ildə Engin Fıratın Azərbaycan millisinin baş məşqçi postuna namizəd olduğunu iddia edirdi.

Избранный
94
publika.az

1Источники