RU

Futbol tarixində belə dava olmayıb: Bütün oyunçular bir-birinə girdi

Braziliyada "Kruzeyro" - "Atletiko Mineyro" arasında keçirilən final dəhşətli sonluqla bitib.

Publika.az xəbər verir ki, birincilər hesabda öndə olarkən (1:0) matçın əsas vaxtına əlavə edilmiş sonuncu dəqiqədə "Atletiko"nun qapıçısının rəqib oyunçunun ona zərər vermək cəhdindən narazı qalması ilə gərginlik yaşanıb. Bu hadisə nəticəsində meydanda qarşıdurma və gözlənilməz dava baş verib.

Mübahisənin aktiv iştirakçılarından biri "ağ-qaralar"ın ulduzu Halk olub. O, rəqib oyunçunun başına yumruqla zərbə endirib. İnsident bitdikdən sonra belə onu sakitləşdirmək mümkün olmayıb.

Bəzi mənbələr 23 futbolçunun qırmızı vərəqə ilə cəzalandırıldığını iddia edir. Hadisənin dəqiq nəticələri və turnirin rəsmi mövqeyi hələ açıqlanmayıb, lakin bu oyun futbol tarixində nadir hallarda rast gəlinən zorakılıq nümunəsi kimi qeyd edilir.

Избранный
83
publika.az

1Источники