RU

Müctəba Xameneyi atasının yolunu davam etdirəcək? – ŞƏRH

İran İslam Respublikasının Dini Ekspertlər Şurası İranın yeni ali liderinin adını açıqlayıb.

Bu, Seyid Əli Xameneyininin oğlu Müctəba Xameneyidir. Qeyd edək ki, bu gün Tehranda İranın yeni lideri Müctəba Xameneyinin andiçmə mərasimi keçiriləcək.  

“Fars” xəbər agentliyinin məlumatına görə, tədbir Tehranın mərkəzindəki Azadi meydanında, yerli vaxtla 15:00-da başlayacaq.

Maraqlıdır, niyə məhz Müctəba Xameneyi? Ali liderlik postunun atadan oğula keçməsi İslam Respublikasının ideoloji prinsiplər ilə ziddiyyət təşkil edə bilər? Müctəbanın seçilməsində SEPAH nə dərəcədə mühüm rol oynayıb? İran hakimiyyəti öz köhnə siyasi xəttini davam etdirəcək?

Məsələ ilə bağlı Yaxın Şərqə üzrə Rufiz Hafizoğlu “Cebheinfo.az”-a şərhində qeyd edib ki, ali rəhbər postuna başqa bir dini fiqur seçilə bilərdi, amma müharibə vəziyyəti təmamilə dəyişdi.

“İranda, ümumiyyətlə şiə coğrafiyasında islam əqidəsinə görə hakimiyyətin atadan oğula və ya nəsildən nəsilə keçməsi normal qarşılanır və bu, problem hesab olunmur.

Zatən, İslam tarixini araşdırsaq görərik ki, şiə müsəlmanlarının inanclarına görə, xəlifəlik peyğəmbərdən sonra onun əmisi oğlu İmam Əli ibn Əbu Talibə keçməli idi. Bu baxımdan, Müctəba Xameneyinin ali lider seçilməsi İrandakı və digər bölgələrdəki şiələrin əqidəsi ilə ziddiyyət təşkil etmir.

Onsuzda Müctəba Xameneyininin ali lider seçilməsi əvvəlcədən bəlli idi. Bəli, Əlirza Ərafi ilə Müctəba Xameneyi arasında rəqabət gedirdi. Qeyd edim ki, Əlirza Ərafi güclü bir fiqur idi. Buna baxmayaraq, Ərafi deyil, məhz Müctəba Xameneyinini ali rəhbər seçdilər.

Bunun başlıca səbəbi Müctəba Xameneyininin İslam İnqılabı Korpusana, Bəsic qüvvələrinə və digər hərbi birləşmələrinə yaxınlığı ilə seçilməsidir. Müctəba Xameneyi həm SEPAH-a, həm də Bəsic qüvvələrinə bir sıra imkanların verilməsində və onların möhkəmlənməsində əhəmiyyətli rol oynayıb.

Onsuzda İranda hər kəs SEPAH, Bəsic qüvvələri və hakimiyyətdən narazı olan islamçı qüvvələr  Seyid Əli Xameneinin ölümünü gözləyirdi və onun yerinə hansı şəxsin gələcəyi onları çox düşündürürdü. 

Sadəcə olaraq, ABŞ və İsrail ilə müharibənin baş verməsi Müctəbanın ali rəhbər seçilməsinə gətirib çıxardı. Əgər bu müharibə baş verməsə idi, bəlkə də, Əlirza Ərafini bu posta seçəcəkdilər. 

Müctəbanın bu posta gətirilməsi onu deməyə əsas verir ki, bu müharibə SEPAH-ı və Bəsic qüvvələrini daha radikal və şidddətli mövqe sərgiləməyə məcbur edib.  

Müctəbanın dövründə İran hakimiyyətinin köhnə siyasi xətti davam etdirəcəyinə gəlincə, bəlli, bu xətt davam etdiriləcək”.

Избранный
74
cebheinfo.az

1Источники