RU

İsveç Rusiyaya görə Estoniyaya məhdudiyyət TƏTBİQ EDİB

Ajans.az xəbər verir ki, bu barədə Shot Telegram kanalı məlumat yayıb. Məlumata görə, bank vasitəsilə Rusiyanın elektron vizası üçün ödəniş etmək artıq mümkün deyil. Halbuki bir neçə ay əvvəl belə ödənişlər qəbul edilirdi. Bildirilir ki, mart ayından etibarən estoniyalı müştərilərə qarşı birtərəfli məhdudiyyətlər tətbiq olunub. Hazırda Baltik ölkələrinə məxsus bank kartları ilə bu ödənişləri həyata keçirmək mümkün deyil. Bununla belə, ödənişlərin Polşa, Almaniya, Çexiya və Macarıstandakı banklar vasitəsilə həyata keçirilməsi mümkündür. Swedbank-ın dəstək xidməti bu qərarın hökumət qaydaları ilə əlaqəli olduğunu bildirib. Bankın açıqlamasına görə, həmin qaydalar vətəndaşların Rusiyanın elektron vizası üçün ödəniş etməsini məhdudlaşdırır. Bundan əlavə, bank nümayəndələri vəsaiti qəbul edən tərəfin Rusiyada yerləşdiyini və bu səbəbdən əməliyyatların şübhəli hesab olunduğunu qeyd ediblər.

 

Избранный
74
Ajans.az

1Источники