İranda fevralın 28-dən ABŞ və İsrailin zərbələri nəticəsində 1255 nəfər ölüb, 12 mindən çox insan yaralanıb.
Bizim.Media xəbər verir ki, bu barədə İranın səhiyyə nazirinin müavini Əli Cəfərian "Al-Jazeera" telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, zərbələr nəticəsində həmçinin 11 tibb işçisi ölüb, 55-i yaralanıb.
Xatırladaq ki, 28 fevralda İsrail və ABŞ İrana qarşı əməliyyatlara start verib. Bu hücumlara cavab olaraq İran "Əsl vəd 4" əməliyyatına başlayıb. İranın raket hücumları təkcə İsraili deyil, digər region ölkələrini, o cümlədən Azərbaycanı da əhatə edib.
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта