RU

Türkiyə səhəri GÜCLÜ ZƏLZƏLƏ ilə açdı

Oxu.az saytından alınan məlumata görə, ain.az bildirir.

Türkiyənin Dənizli bölgəsinin Buldan rayonunda 5.1 maqnitudalı zəlzələ baş verib.

Oxu.Az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata görə, seysmik hadisə yerli vaxtla saat 9:21-də (Bakı vaxtı ilə 10:21 - red.) qeydə alınıb.

Yeraltı təkanların ocağı 7 kilometr dərinlikdə olub.

Zəlzələnin ətraf əyalətlərdə də hiss olunduğu bildirilir.

İtki və dağıntı barədə məlumat verilməyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
122
oxu.az

1Источники