Türkiyənin Dənizli əyalətinin Buldan rayonunda 5,1 maqnitudalı zəlzələ baş verib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, məlumatı Türkiyə Fəlakət və Təcili Vəziyyətlərin İdarə Edilməsi İdarəsi (AFAD) yayıb.
Qeyd olunub ki, zəlzələ yerin təxminən 7 kilometr dərinliyində baş verib.