Bakı. Trend:
İrandan həm Azərbaycan, həm də digər ölkələrin vətəndaşlarınıntəxliyəsi davam edir.
Trend-inməlumatına görə, 28 fevral 8.00-dan – 9 mart saat 07:00-dək İrandanmüxtəlif ölkələrin vətəndaşları olmaqla ümumilikdə 1918 nəfərtəxliyə olunub.
Belə ki, 541 Çin, 314 Azərbaycan, 290 Rusiya, 173 Tacikistan,123 Pakistan, 57 Oman, 44 İtaliya, 32 İndoneziya, 26 İspaniya, 26İran, 18 Səudiyyə Ərəbistanı, 17 Yaponiya, 16 Fransa, 14 Almaniya,13 Gürcüstan, 13 Macarıstan, 12 Özbəkistan, 10 Bolqariya, 10 KonqoDemokratik, 10 Nigeriya, 8 Braziliya, 8 Böyük Brityaniya, 8Qazaxıstan, 7 Belarus vətəndaşı təxliyə olunub.
Siyahıda həmçinin Slovakiya, BƏƏ, Belçika və Kanadanın hər biriüzrə 6 vətəndaş, Əfqanıstan, Serbiya, Çexiya, İsveçrə, Rumıniya vəAvstriyanın hər biri üzrə isə 5 vətəndaş, İordaniya, Şri-Lanka,Ukrayna, Türkiyə Bəhreyn, Küveyt və Banqladeşin hər biri üzrə 4 yeralıb. Filippin, Qətər, Meksika, Finlandiya və Xorvatiyanın hər biriüzrə 3 vətəndaş, Nepal, Livan, Yəmən, Qırğızıstan, Sudan,Hindistan, Kipr, Sloveniya və İsveçin hər biri üzrə 2 vətəndaş,Polşa, Avstraliya, Tunis, Cənubi Afrika, Maldiv adaları, Myanma,Kuba, Vatikan, Argentina, Bosniya və Hersoqovina, Latviya, Misir vəABŞ-nin hər biri üzrə isə 1 nəfər təxliyə edilib.
Qeyd edək ki, 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə28 fevralda ABŞ və İsrailin hərbi hava hücumları nəticəsindəöldürülən Ali Lideri Ayətullah Seyid Əli Xameneinin oğlu SeyidMuctaba Xameneini İranın 3-cü Ali Lideri seçib.
Xatırladaq ki, fevralın 17-də Vaşinqton və Tehran arasındakeçirilən nüvə danışıqlarının ikinci raundu irəliləyişsiz başaçatdıqdan sonra ABŞ İrana yaxın ərazilərdə mövcudluğunu artıraraqAvropa və Yaxın Şərqdəki bazalara 150-dən çox təyyarəyerləşdirib.
Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasındaİranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundukeçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baştutan görüş vəziyyətin diplomatik yolla tənzimlənməsi üçün son şanskimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldəolunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvəobyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafınamüddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib. Fevralın28-də səhər saatlarında İsrail və ABŞ İrana hərbi hava hücumlarınabaşlayıb.
İsrail və ABŞ-nin 28 fevralda həyata keçirilən hərbi havahücumlarında İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei və onunailə üzvləri ölüb.
Eyni zamanda İran Ordusunun Baş Qərargah rəisi general-mayorƏbdülrəhim Musəvi, İran İslam İnqilabı Keşikçilər Korpusunun(SEPAH) baş komandanı Məhəmməd Pakpur, İranın Ali Liderininmüşaviri və Müdafiə Şurasının katibi Əli Şəmxani, müdafiə naziriƏziz Nəsirzadə hərbi hava hücumları zamanı ölüblər.