Türkiyənin Dənizli əyalətində 5,1 bal gücündə zəlzələ baş verib.
Teleqraf xəbər verir ki, təkanlar ölkənin cənubundakı qonşu ərazilərdə də hiss olunub.
Zəlzələnin episentri Buldan rayonunda 10 kilometr dərinlikdə yerləşib.
Zəlzələ 10-15 saniyə ərzində hiss olunub. Xəsarət alanlar və ya dağıntılar barədə məlumat verilməyib.