RU

“Qarşıma məqsəd qoymuşdum ki, çempion olmalıyam” - VİDEO

Azərbaycanın qadınlardan ibarət güləş millisinin lideri, U-23 dünya və Avropa çempionu Jalə Əliyeva böyüklər arasında da Avropa, dünya və olimpiya çempionu olmaq istəyir.

Sportinfo.az xəbər verir ki, güləşçi bu barədə Azərbaycan Güləş Federasiyası tərəfindən 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə hazırlanan videomaterialda danışıb.

O, güləş karyerasına necə başladığından, üzləşdiyi çətinliklərdən, qazandığı uğurlardan və gələcək hədəflərindən bəhs edib.

"2022-ci ildə U-23 Avropa çempionu oldum. Bu yarış mənə çox motivasiya verdi.

Qarşıma məqsəd qoymuşdum ki, dünya çempionu olmalıyam. 2024-cü ildə U-23 dünya çempionu olarkən çəkdiyim əziyyətlər, aldığım zədələr yadıma düşmürdü.

Həmin an özümü göylərdə hiss edirdim. Bayrağın dalğalanması, himnin səslənməsi… Özümü çox xoşbəxt hiss edirdim", - o qeyd edib.

J. Əliyeva bildirib ki, əldə etdiyi nəticələrlə kifayətlənmək niyyətində deyil:

"Böyüklər arasında da Avropa və dünya çempionu, həmçinin olimpiya çempionu olmaq istəyirəm.

Gələcək nəsilə örnək olmaq istəyirəm. Əlimdən gələni edəcəyəm ki, Azərbaycanı beynəlxalq arenalarda layiqincə təmsil edim".

Избранный
122
sportinfo.az

1Источники