RU

Spirtli içkidən sonra səhər halsızlığının səbəbi izah olunub

ain.az, Oxu.az saytına istinadən bildirir.

Spirtli içki qəbul etdikdən sonra səhər özünü pis hiss etməyin əsas səbəblərindən biri yuxu rejiminin pozulmasıdır.

Oxu.Az xəbər verir ki, bu barədə rusiyalı narkoloq Andrey Tyurin Lenta.ru-ya bildirib.

Onun sözlərinə görə, alkoqol yuxunun normal fazalarını dəyişdirərək orqanizmin tam bərpa olunmasına mane olur.

Həkim qeyd edib ki, spirtli içkilər, həmçinin orqanizmdə susuzlaşmaya səbəb olur. Bunun nəticəsində kalium və maqnezium kimi vacib elektrolitlərin səviyyəsi azalır.

A.Tyurin əlavə edib ki, bu proseslər başağrısı, ağız quruluğu və ümumi zəiflik hissi ilə nəticələnə bilər. Buna görə də mütəxəssis spirtli içkilərin miqdarını məhdudlaşdırmağı tövsiyə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
114
1
oxu.az

2Источники