RU

Tanınmış aktyorun gənc qıza dedikləri bu şəhəri ayağa qaldırdı – FOTO

Tanınmış komediya aktyoru Hasan Can Kayanın öz proqramında gənc qızın doğulduğu şəhər haqqında dediyi sözlər müzakirələrə səbəb olub və narazılıq yaradıb.

Musavat.com xəbər verir ki, Kaya bu dəfə verilişinə qatılan gənc bir qızla etdiyi dialoqla gündəmə gəlib.

Proqram zamanı mikrofona yaxınlaşan qıza haralı olduğunu soruşan komediyaçı “Batman” cavabını eşidəndə təəccübünü gizlədə bilməyib. Bahar adlı qıza “Sən batmanlısan?” sualını verən Hasan Can Kaya daha sonra deyib:

“Canım, sən necə batmanlısan? Arxaya dön, səni görsünlər. Dostlar, o, batmanlıdır, amma həddindən artıq qərbli kimi görünür”.

KAYA.jpg

Bu sözlər sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub. Xüsusilə Batman şəhəri ilə bağlı sosial media səhifələrində komediyaçıya qarşı etirazlar səsləndirilib. Videonu paylaşan istifadəçilər onun sözlərini irqçi yanaşma kimi qiymətləndiriblər:

“Bu, böyük bir şəhər olan Batmana və batmanlılara qarşı təhqirdir”.

Musavat.com

Избранный
138
1
musavat.com

2Источники