RU

Məşhur aktrisa xəstəxanaya yerləşdirildi

Türkiyənin tanınmış aktrisası Aslıhan Karaların İstanbulun Beykoz rayonunda yerləşən villasının çardaq hissəsində yanğın baş verib.

NOCOMMENT.az xəbər verir ki, hadisənin səbəbi hələlik açıqlanmayıb. Yanğın barədə məlumat daxil olduqdan sonra əraziyə yanğınsöndürənlər, polis əməkdaşları və təcili tibbi yardım briqadası göndərilib.

Evdə yaranan güclü tüstü səbəbindən aktrisa villadan çətinliklə çıxarılıb. Tüstüdən zəhərləndiyi üçün o, xəstəxanaya aparılıb.

Yanğın nəticəsində villanın çardaq hissəsinə ciddi ziyan dəyib və həmin sahə istifadəyə yararsız hala düşüb. Həkimlərin bildirdiyinə görə, aktrisanın həyatı üçün təhlükə yoxdur və vəziyyəti stabildir.

Избранный
109
nocomment.az

1Источники