RU

"İranın yeni liderini Tramp deyil, xalq seçəcək" - Əraqçi

"İranın yeni liderini ABŞ prezidenti Donald Tramp deyil, İran xalqı seçəcək".

"Unikal" xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi "NBC News"a verdiyi açıqlamada deyib. 

O, ABŞ prezidentindən İranla müharibəyə başladığına görə üzr istəməsini tələb edib. "Biz heç kimin daxili işlərimizə qarışmasına icazə vermirik. İran xalqı yeni liderini seçməlidir", - deyə Əraqçi bildirib.

O, həmçinin Ayətullah Əli Xameneinin oğlu Müctəba Xameneinin atasının yerinə keçməsi ehtimalını da rədd edib. Lakin Əraqçi varisin kim olacağını açıqlamayıb. 

İran xarici işlər naziri, həmçinin, Trampın "bizə qarşı törətdikləri qətllər və dağıntılara görə region xalqlarından və İran xalqından üzr istəməli olduğunu" bildirib.

Избранный
104
40
unikal.az

10Источники