RU

Almaniya XİN Naxçıvana hücumu kəskin şəkildə pislədi

Almaniyanın Xarici İşlər Nazirliyi (XİN) İranın Naxçıvana dron hücumunu kəskin şəkildə pisləyib və Azərbaycana həmrəylik ifadə edib.

Bakıvaxtı.az xəbər verir ki, nazirliyin Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə direktoru Niklas Vaqner bununla bağlı X platformasında Almaniya XİN adından paylaşım edib.

“İranın Naxçıvana dron hücumlarını ən sərt şəkildə pisləyir, Azərbaycanla və hadisədən zərər çəkənlərlə tam həmrəy olduğumuzu bildiririk. Vəziyyəti və sonrakı prosesləri yaxından izləməkdə davam edirik”, - paylaşımda qeyd edilib.

Избранный
67
7
bakivaxti.az

10Источники