RU

Putin: “Ukraynadakı münaqişə Qərb ölkələrinin səhvidir”

Rusiya prezidenti Vladimir Putin bildirib ki, Ukraynadakı münaqişə ilk növbədə Qərb ölkələrinin siyasətinin nəticəsidir.

Bizim.Media xəbər verir ki, o, bu barədə “Vesti” proqramının müəllifi Pavel Zarubinə verdiyi müsahibədə danışıb. Məlumatı “Kommersant” nəşri yayıb.

Putinin sözlərinə görə, hazırda baş verən hadisələr sistemli səhvin nəticəsidir.

Rusiya prezidenti qeyd edib ki, Ukrayna böhranı Qərb ölkələrinin Ukraynadakı hakimiyyət dəyişikliyini dəstəkləməsi nəticəsində yaranıb.

Onun sözlərinə görə, bundan sonra Krım hadisələri baş verdi, Ukraynanın cənub-şərqində gərginlik yarandı, Donbas və Novorossiya bölgələrində münaqişə başladı.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə bildirib ki, Rusiya ilə Ukrayna arasında aparılan danışıqların uğurla başa çatması üçün kiminsə məsuliyyət götürərək lazımi qərarlar qəbul etməsi lazımdır.

Peskovun sözlərinə görə, bu addımı Ukrayna prezidenti Volodimir Zelenski atmalıdır.

Ukraynadakı müharibə artıq bir neçə ildir davam edir və tərəflər arasında siyasi və hərbi qarşıdurma beynəlxalq gündəmin əsas mövzularından biri olaraq qalır.

Bizim.Media

Избранный
87
20
bizim.media

10Источники