İraqın Süleymaniyyə şəhərindəki keçmiş BMT qərargahı son bir saat ərzində iki dəfə pilotsuz uçuş aparatları tərəfindən hücuma məruz qalıb.
Moderator.az xəbər verir ki, bu barədə "Shafaq News" xəbər portalı məlumat yayıb.
Süleymaniyyənin mərkəzindəki "Titanik" otelinin yaxınlığındakı BMT obyektinə PUA ilə hücum ilə bağlı şəhər təhlükəsizlik rəsmilərinin məlumat verib
Bildirilib ki, təxminən 40 dəqiqə sonra başqa bir pilotsuz təyyarə eyni binanı hədəf alıb.
Hücum nəticəsində hər hansı maddi ziyan və ya itkilər barəsində məlumat verilməyib.