RU

Araqçi: İranın ali liderinin seçimi yalnız İran xalqının işidir

İranın xarici işlər naziri Abbas Araqçi bildirib ki, ölkənin ali liderinin seçilməsi məsələsinə heç bir xarici dövlət müdaxilə etməməlidir.

Musavat.com xəbər verir ki, Araqçi bu barədə NBC News telekanalına müsahibəsində danışıb və ABŞ-ın prosesə cəlb olunması ilə bağlı səslənən fikirlərə münasibət bildirib.

“Bu, yalnız İran xalqının işidir, heç kim bu məsələyə qarışmamalıdır. Bu, yalnız İran xalqının işidir və başqa heç kimin”, – deyə o bildirib.

Araqçi bu sözləri ABŞ prezidenti Donald Trampın Vaşinqtonun İranın yeni rəhbərliyinin seçilməsi prosesində iştirak etməli olduğu barədə açıqlamalarını şərh edərkən səsləndirib.

Musavat.com

Избранный
123
5
musavat.com

10Источники