RU

Bundesliqa klubu baş məşqçisi ilə yollarını ayırdı

Almaniya Bundesliqasında çıxış edən "Volfsburq" klubu baş məşqçisi Daniel Bauerlə yollarını ayırıb.

"Ölkə.az" xəbər verir ki, 43 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Bauer ötən ilin noyabrında müvəqqəti baş məşqçi kimi fəaliyyətə başlamış, dekabrda isə posta təsdiqlənmişdi.

"Canavarlar"ın bu qərarına komandanın son vaxtlar göstərdiyi uğursuz nəticələr səbəb olub. Yanvarın ortalarından bəri qələbə üzünə həsrət qalan klub 20 xalla Bundesliqanın turnir cədvəlində sondan ikinci pilləyə düşüb. Uğursuzluqlar fonunda rəhbərlik idman direktoru Peter Kristiansenlə də vidalaşmaq qərarına gəlib.

Избранный
92
3
olke.az

5Источники