RU

Ceyhun Bayramov əlcəzairli həmkarına İranın dron hücumları barədə məlumat verib

Bakı. Trend:

8 mart tarixində Əlcəzair Xalq Demokratik Respublikasının dövlətnaziri, xarici işlər və xaricdəki milli icma və Afrika məsələlərinaziri Əhməd Attaf Azərbaycan Respublikasının xarici işlər naziriCeyhun Bayramova telefon zəngi edib.

Trend xəbər verirki, XİN-in məlumatına görə, danışıq zamanı tərəflər regional vəbeynəlxalq təhlükəsizlik məsələləri, eləcə də İranın Azərbaycanaqarşı həyata keçirdiyi dron hücumları ətrafında fikir mübadiləsiaparıblar.

Azərbaycan tərəfi bu hücumları ölkənin suverenliyi və ərazibütövlüyünə qarşı yönəlmiş qəbuledilməz addım kimi qiymətləndiribvə yaranmış vəziyyətlə bağlı görülən tədbirlər barədə məlumatverib.

Əlcəzair naziri Əhməd Attaf mövcud vəziyyətlə bağlınarahatlığını ifadə edib, gərginliyin artmasının yolverilməzolduğunu vurğulayıb və problemlərin beynəlxalq hüquq prinsipləriəsasında, dialoq və diplomatik vasitələrlə həllinin vacibliyiniqeyd edib. O, həmçinin Azərbaycanla həmrəyliyini ifadə edib.

Telefon danışığı zamanı tərəflər Azərbaycan-Əlcəzair ikitərəflimünasibətlərinin inkişaf perspektivlərini də müzakirə ediblər.

Избранный
165
19
az.trend.az

10Источники